Axşam saatlarında Şəki–Qax avtomobil yolunun Şəkinin İncə kəndi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub.
Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılardan iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qaldığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb olunub.
Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları və müvafiq qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
AZƏRTAC
YAP Kürdəmir rayon təşkilatı “Hərbi şəhərcik” ərazi partiya təşkilatının hesabat - seçki yığıncağı keçirilib
Nəzarətsiz və təhlükəli rəqəmsal kontent uşaqların psixoloji durumuna ciddi təsir edir - ŞƏRH