Erməni hərbi cinayətkarları bu gün Bakıda istintaq təcridxanasında çay içirlər.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib.
Dövlət başçısı xatırladıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanda onların tanklarının Bakı küçələrində olacağını, özlərinin isə Bakıda çay içəcəklərini deyirdilər:
"Əslində, onların bu arzuları gerçəkləşdi, onu biz gerçəkləşdirdik. Hərbi Qənimətlər Parkında erməni tankları var, erməni cinayətkarlar isə Bakıda istintaq təcridxanasında çay içirlər".
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar