Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə "İki sahil"ə FHN-dən məlumat verilib.
Bildirilib ki, Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 140 kv.m. olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 kv.m. olan dönərxana, sahəsi 15 kv.m. olan ət mağazası, sahəsi 25 kv.m. olan parfumeriya mağazasının yanar konstruksiyaları 10 kv.m. və sahəsi 80 kv.m. olan fotostudiyanın yanar konstruksiyaları 5 kv.m. sahədə yanıb, lambirdən ibarət tavanı 75 kv.m. sahədə əriyib.
Obyektlərin qalan hissəsi yanğından mühafizə edilib.
Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib
“Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi tamamlanıb
Asfalt çəkildi, baxış qapaqları altında qaldı? – “Yolun Sözü” rubrikasında izah olunur
Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb