31 oktyabr 2026 11:11
110

Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış binasında vətəndaşın yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən “İki sahil”ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2001-ci il təvəllüdlü vətəndaşın yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildən 2-ci mərtəbənin artırma hissəsinə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri ilə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə köməksiz vəziyyətdə qalmış vətəndaşı düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.