08 noyabr 2025 08:19
113

Melaniya Tramp "Fox News"un "İlin vətənpərvəri" mükafatına layiq görülüb

ABŞ Prezidenti Donald Trampın xanımı Melaniya Tramp "Fox News" telekanalının "İlin Vətənpərvəri" mükafatına layiq görülüb.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, birinci xanım Ağ Evə ikinci müddətə qayıtdıqdan sonra ABŞ-nin həm daxili, həm də xarici siyasətində fəal iştirakına görə mükafat alıb. Melaniya Trampın səyləri nəticəsində himayədar ailələrdə böyümüş gənclər üçün mənzil təminatı məqsədilə federal büdcədən 25 milyon dollar ayrılıb. O həmçinin "deepfake" görüntülərin yayımının qadağan edilməsi haqqında qanunun ("Take It Down Act") qəbul edilməsinə və süni intellektin inkişafı üzrə layihələrin yaradılmasına töhfə verib.

Telekanal ABŞ-nin birinci xanımının xarici siyasət təşəbbüsləri arasında Ukrayna və Rusiya uşaqlarının öz ailələri ilə birləşdirilməsinə göstərdiyi köməyə xüsusi diqqət ayırıb.