Növbəti ildə Azərbaycan dövlət büdcəsinin 57 faizi, icmal büdcəsinin 63 faizi qeyri-neft gəlirləri hesabına olacaq. Bəzən bunu müxtəlif istiqamətlərə yönəldərək vergilərin artırılması ilə tam bağlamağa çalışırlar. Bu, düzgün yanaşma deyil. Artımın birinci mənbəyi nədən ibarətdir? Qeyri-neft ÜDM-in özünün artımından.
“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev noyabrın 7-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, gələn il bizim qeyri-neft ÜDM-miz nominal rəqəm olaraq təqribən 10 faiz artacaq. Real rəqəm olaraq 5 faiz artır, vergi isə nominal rəqəmlərdən tutulur. Yəni birinci növbədə ÜDM-in özü artdığına görə bu gəlirlər artır və ümumiyyətlə, bu tipli məsələlərin müzakirəsində makroiqtisadi olaraq hər zaman verginin ÜDM-də payına baxılır ki, nə dərəcədə vergilər, toplanan yığımlar ÜDM-də yük yaradır.
ADY və Gürcüstan Dəmir Yollarının rəhbərliyi dəmir yolu daşımalarının operativ təşkili üzrə görülən işlərlə tanış olub
Gələn il işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinin maliyyə təminatı tam təmin olunacaq