07 noyabr 2025 10:00
106

Cənubi Koreyada qüllənin uçması nəticəsində ən azı üç nəfər ölüb

Cənubi Koreyanın cənub-şərqində yerləşən Ulsan şəhərindəki istilik elektrik stansiyasında qazanxana qülləsinin çökməsi nəticəsində ən azı üç nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Yonhap" agentliyi yanğından mühafizə xidmətinə istinadən bildirir.

Məlumata görə, 60 metr hündürlüyündəki qüllə partlayıcı maddələr vasitəsilə sökülməli idi. Qüllənin altında qalan bütün insanların subpodratçı şirkətin işçiləri olduqları ehtimal edilir.

Hadisə yerində əvvəlcə bir nəfərin həlak olması təsdiqlənib, daha sonra xilasedicilər dağıntılar altından daha iki işçinin cəsədini çıxarıblar. Bundan əlavə, iki nəfər itkin düşmüş hesab edilir, lakin xilasedicilər onların hər ikisinin həlak olmasından ehtiyat edirlər.