Ərəb Parlamentinin prezidenti Mohamed Alyammahi, Pakistan İslam Respublikası Parlamenti Senatının sədri Syed Yusuf Raza Gilani və bu ölkənin Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq 8 Noyabr – Zəfər Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubları ünvanlayıblar.
“İki sahil” xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tərəflər məktublarda Zəfər Gününün beşinci ildönümü münasibətilə təbriklərini çatdırıb və bu əlamətdar günün Azərbaycan xalqının möhkəm iradəsinin, birliyinin və əzminin rəmzi olduğunu vurğulayıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə aparılmış tarixi mübarizə nəticəsində dövlətin suverenliyi və ərazi bütövlüyü bərpa olunub. Qazanılan uğurlar isə ölkənin inkişafı və rifahı üçün möhkəm zəmin yaradır.
Məktublarda, həmçinin əməkdaşlıq, sabitlik və qarşılıqlı anlayışın önəmi diqqətə çatdırılaraq, parlamentlərarası əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub, dost Azərbaycan xalqına tərəqqi, firavanlıq və sabit gələcək arzulanıb.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar