31 oktyabr 2025 20:23
137

Paşinyan həmin siyahını təsdiqlədi

Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında kommunikasiya xətlərinin açılması üzrə komissiyanın yenilənmiş tərkibini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Bildirilib ki, komissiyaya Baş nazirin müavini Mher Qriqoryan sədrlik edəcək. Yeni tərkibdə beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə Karen Andreasyan, Baş nazirin müşaviri Artashes Tumanian və Təhlükəsizlik Şurası ofisinin rəhbəri Anahit Şirinyan və “İnvestisiyaların dəstəyi mərkəzi” fondunun direktoru Qoar Abacyan da yer alıblar.

Qeyd edək ki, Q. Abacyan Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın həyat yoldaşıdır.

Onu da bildirək ki, komissiya iki ölkə arasında nəqliyyat və kommunikasiya xətlərinin bərpası üzrə danışıqları davam etdirəcək.