31 oktyabr 2025 17:54
142

Serbiyada terror təhlükəsinə görə qatarların hərəkəti dayandırılıb

Serbiyada Novi-Sad faciəsinin ildönümü ərəfəsində terror təhlükəsi səbəbindən qatarların hərəkəti dayandırılıb.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiya dəmir yollarını təmsil edən "Srbiyavoz" şirkəti məlumat yayıb.

"Srbiyavoz" xidmət istehlakçılarına bildirir ki, 2025-ci il oktyabrın 31-də bütün qatarlarda və dəmir yollarında partlayıcı qurğuların yerləşdirildiyi barədə zəng daxil olub. Yaranmış vəziyyətin həlli üçün Daxili İşlər Nazirliyi ilə intensiv əməkdaşlıq edirik. Sərnişinləri və ekipajları qorumaq məqsədilə bütün qatarların hərəkətini müvəqqəti olaraq dayandırmağa məcburuq", - məlumatda deyilir.