 
                    Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticinin rəhbərlik etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə ölkəmizə səfərə gəlib.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində oktyabrın 31-də YAP-ın nümayəndələri və BBP nümayəndə heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər Xiyabanı ziyarət olunub. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Daha sonra “Türk şəhidliyi” abidəsi ziyarət edilib. Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini və sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman türk qardaşlarımızın xatirəsi anılıb, abidənin önünə əklil qoyulub, gül dəstələri düzülüb.
 
                    
 
                    
 
                    
 
                    
 
                    
 
                     Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir -  Hikmət Hacıyev
                                
                                    
                                    
                                
                                
                                
                                    Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir -  Hikmət Hacıyev
                                 Milli Məclisin növbəti plenar iclası keçirilib, 11 məsələ müzakirə olunub - YENİLƏNİB/FOTO
                                
                                    
                                    
                                
                                
                                
                                    Milli Məclisin növbəti plenar iclası keçirilib, 11 məsələ müzakirə olunub - YENİLƏNİB/FOTO                 
                                 Slovakiya səfiri diplomatların Cəbrayıl və Zəngilana səfərini əhəmiyyətli adlandırıb
                                
                                    
                                    
                                
                                
                                
                                    Slovakiya səfiri diplomatların Cəbrayıl və Zəngilana səfərini əhəmiyyətli adlandırıb