31 oktyabr 2025 16:20
143

Paris qrafı: Luvrdan oğurladığınız tacımızı geri qaytarın

Paris Qrafı Jan Orleanski Luvr muzeyinin qarətçilərini sapfir tacını geri qaytarmağa çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" informasiya agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, tac onun ailəsinin mirasının bir hissəsi olub və ulu nənəsinə məxsus olub.

"Zinət əşyalarımızı gec olmadan bizə qaytarın", - qraf bildirib.

O, həmçinin qeyd edib ki, Luvrdan oğurlanmış zinət əşyaları Fransanın qiymətli irsidir: "Ailəmiz üçün, Fransa xalqı üçün bu zinət əşyalarının Luvrdakı öz yerinə qayıtması vacibdir".