Türkiyə məhkəməsi “Kartalkaya” xizək kurortunda 78 nəfərin həyatına son qoyan hotel yanğını ilə bağlı 11 nəfəri ömürlük həbs cəzasına məhkum edib.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, məhkum edilənlər arasında faciənin baş verdiyi hotelin sahibi Halit Ergül, onun həyat yoldaşı və 2 qızı da var.

Xatırladaq ki, yanvarın 21-də Bolu vilayətində “Kartalkaya” xizək kurortunda yerləşən “Grand Kartal” hotelində baş vermiş yanğında 36-sı uşaq olmaqla 78 nəfər ölüb, 133 nəfər isə yaralanıb. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib