31 oktyabr 2025 14:21
125

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı mövqeyini dəyişib?

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı mövqeyini dəyişmiş ola bilər

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Bildirilir ki, ABŞ prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə Rusiya neftinə qoyulan məhdudiyyətləri müzakirə etməkdən imtina etməsi onun sanksiyalara münasibətində dəyişiklik olduğunu göstərir.

Agentliyin məlumatına görə, bu məsələ ilə bağlı müzakirələrin olmaması Amerika liderinin sərt təzyiqdənsə, Vaşinqton və Pekin arasında münasibətlərin sabitləşdirilməsinə və ticarət sazişi bağlanmasına üstünlük verdiyini göstərir.