 
                    Yaponiya Mobillik Sərgisində Toyotanın əsas debütü yeni nəsil Corolla konsepti idi. Lakin şirkət Tokioda mobilliyin gələcəyinə dair vizyonunu əks etdirən bir çox digər inkişafları da təqdim edib.

“İki sahil” xəbər verir ki, bu barədə "autopilot.ru" saytı məlumat yayıb.
Bildirilir ki, Toyota şirkəti Kids Mobi adlı rəngarəng kapsul formalı uşaq nəqliyyat vasitələri seriyasını təqdim edib. Onlar uşaqları məktəbə aparmaq üçün nəzərdə tutulub. Hörümçəkbənzər nəqliyyat vasitələri sırasına yük daşıyan Chibibo və özüyeriyən Walk Me daxildir. Əlilliyi olan insanlar üçün xüsusi olaraq hazırlanmış Boost Me cihazının hətta tennis oynamaq üçün kifayət qədər manevr edilə biləcəyi deyilir.
 
                    
 
                    
 
                    
 
                    
 
                    
 
                    
 
                    
