31 oktyabr 2025 13:16
122

Ermənistan gələn il üçün Naxçıvana gedən dəmir yolunun təmiri üçün vəsait ayırmayıb”

“Ermənistanın 2026-cı il üçün dövlət büdcəsi layihəsində Yerasx (Arazdəyən) qəsəbəsindən Naxçıvanla sərhədə qədər dəmir yolu xəttinin təmiri üçün vəsait nəzərdə tutulmayıb”.

“İki sahil” “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan parlament komissiyalarının iclasında rəhbəri olduğu qurumun büdcə təkliflərini təqdim edərkən deyib.

O, deputatların suallarını cavablandırarkən bildirib ki, regionda nəqliyyat yollarının mümkün açılmasına hazırlıq məqsədilə dəmir yolu infrastrukturunun maliyyələşdirilməsi təmin edilməyib.

Xudatyanın sözlərinə görə, Mehri bölgəsində infrastrukturun idarə olunması üzrə ABŞ ilə əməkdaşlığın əlaqələndirilməsi məsələlərini Baş nazirin müavini Mher Qriqoryanın aparatı idarə edir.