30 oktyabr 2025 15:52
147

"Liverpul"un futbolçusu karyerasını Şotlandiyada davam etdirə bilər

İngiltərənin "Liverpul" klubunun futbolçusu Endryu Robertson karyerasını Şotlandiyada davam etdirə bilər.

“İki sahil” "Football Insider"ə istinadən xəbər verir ki, "Seltik" oyunçu ilə maraqlanır.

"Liverpul" 31 yaşlı müdafiəçi ilə müqavilənin müddətini hələ ki, uzatmaq qərarına gəlməyib. Şotlandiya klubu da bu fürsətdən yararlanmaq niyyətindədir.

Qeyd edək ki, E.Robertson daha əvvəl "Seltik"in aşağı yaş qruplarında çıxış edib. O, 2025/2026 mövsümündə "Liverpul"un heyətində meydana çıxdığı 9 oyunda 1 qol vurub və məhsuldar ötürmə edib. Onun müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

"Transfermarkt" oyunçunun dəyərini 15 milyon avro qiymətləndirir.