30 oktyabr 2025 10:15
382

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək

Azərbaycanın 17 yaşadək qız futbolçulardan ibarət yığması bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək.

“İki sahil” xəbər verir ki, B Liqasının I qrupunda yer alan Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gələcək.

Qarşılaşma Kişineuda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qeyd edək ki, U-17 qrupda keçirdiyi ilk iki görüşdə Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olub.