28 oktyabr 2025 11:42
120

Emin Əmrullayev İsrail səfiri ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.

Bu barədə "İki sahil"ə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Görüş çərçivəsində İsrail Dövləti ilə elm və təhsil sahəsində əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.