Balıkesir valisi İsmail Ustaoğlu bölgədə baş verən zəlzələdən sonra açıqlama verib.
“İki sahil” Türkiyə KİV-ə istinadla xəbər verir ki, o bildirib ki, zəlzələ zamanı can itkisi qeydə alınmayıb, lakin zərər görmüş üç bina uçub. Valinin sözlərinə görə, zəlzələdə yaralanan 22 nəfərdən 4-ü xəstəxanadan evə buraxılıb, digər yaralıların isə ümumi sağlamlıq vəziyyəti yaxşıdır.
Xatırladaq ki, Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib, sarsıntı İstanbul, Bursa və İzmir kimi ətraf şəhərlərdə də hiss olunub.
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur
Keniyada təyyarə qəzası nəticəsində səkkiz macar və iki alman turist həlak olub
Qazaxıstan Finlandiyanın atom elektrik stansiyalarına uran tədarükünə başlaya bilər