27 oktyabr 2025 18:47
123

Bu il 155 uşaq ailə himayəsinə qaytarılıb

Bu ilin ötən dövründə 155 uşaq ailə himayəsinə qaytarılıb.

“İki sahil” xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov DOST TV-nin efirində deyib.

Onun sözlərinə görə, müvafiq sahədə idarəetmə nazirliyə həvalə edildikdən sonra 1 486 uşağın müəssisəyə yerləşdirilməsi ilə bağlı müraciət daxil olub, onlardan 756 uşaq ailədə saxlanılıb:

"799 uşaq isə ailə himayəsinə reinteqrasiya edilib. Ümumilikdə 789 uşaq övladlığa verilib, 144 uşaq müəssisədən övladlığa götürülüb. Bu sahədə işlər davam etdirilir".