Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta bazarı üzrə yığımlar 1 milyard 157 milyon 254 min manat təşkil edib.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 13.1% və ya 133.5 min manat çoxdur.
Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683 milyon 896 min manat təşkil edib. Bu isə illik müqayisədə 23,5 % çoxdur.
Qeyd edək ki, hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 59,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,1 manat olub.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib