Builki yay mövsümündə (iyun–avqust aylarında) Azərbaycana Avropa ölkələrindən 63 180 turist səfər edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % çoxdur.
O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 31 668 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 8,2 % artım deməkdir.
Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan gəlib - 10 562 nəfər. Bu, illik müqayisədə 3,1 % çoxdur.
Bundan əlavə, Belarusdan 8 081 nəfər (+15,4 %), Polşadan 3 025 nəfər (+16,2 %), Macarıstandan 1 342 nəfər (+39,9 %), Moldovadan 1 331 nəfər (−4,6 %), Rumıniyadan 1 068 nəfər (−10,9 %), Çexiyadan 1 010 nəfər (+47,4 %), Litvadan 797 nəfər (−7 %), Latviyadan 739 nəfər (−24 %), Xorvatiyadan 715 nəfər (+75,2 %), Bolqarıstandan 712 nəfər (+1 %), Serbiyadan 505 nəfər (+11,2 %), Estoniyadan 463 nəfər (−16,7 %), Slovakiyadan 428 nəfər (−2,3 %), Kiprdən 266 nəfər (+6 %), Sloveniyadan 197 nəfər (+28,8 %), Bosniya və Hersoqovinadan 119 nəfər (+32,2 %), Monteneqrodan 96 nəfər (+17,1 %), Şimali Makedoniyadan 77 nəfər (+4,1 %), Albaniyadan isə 74 nəfər (−44,4 %) turist gəlib.
Yay mövsümündə Qərbi Avropa ölkələrindən isə Azərbaycana 31 512 nəfər turist gəlib. Bu da ötən ilin eyni dövrünə nisbətən 14,8 % çoxdur.
Qərbi Avropa ölkələri arasında ən çox turist 7 951 nəfər olmaqla Almaniyadan gəlib. Bu, 1 il əvvəllə müqayisədə 27,2 % artım deməkdir.
Bundan əlavə, Böyük Britaniyadan 7 061 nəfər (+15,6 %), İtaliyadan 3 772 nəfər (+12 %), İspaniyadan 2 139 nəfər (−3,6 %), Fransadan 1 929 nəfər (−2,4 %), Niderlanddan 1 877 nəfər (+15,3 %), İsveçdən 979 nəfər (+2,7 %), Avstriyadan 966 nəfər (+33,2 %), Belçikadan 830 nəfər (−7,4 %), Yunanıstandan 750 nəfər (2,4 dəfə artım), Portuqaliyadan 722 nəfər (+47,3 %), İsveçrədən 639 nəfər (+4,2 %), Norveçdən 543 nəfər (+13,6 %), İrlandiyadan 538 nəfər (+3,5 %), Danimarkadan 346 nəfər (−15,6 %), Finlandiyadan 215 nəfər (−24 %), Lüksemburqdan 136 nəfər (+5,4 %), İslandiyadan 69 nəfər (+40,8 %), Maltadan 44 nəfər (+15,8 %), Andorradan 6 nəfər (2 dəfə çox) turist gəlib.
"Report"
Bu ilin doqquz ayı ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi artıb