Bu ilin yanvar–avqust aylarında Azərbaycandan Bolqarıstana 457,9 milyon ABŞ dolları dəyərində 1,233 milyard kubmetr (qaz halında) təbii qaz ixrac edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.
Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 80,7 milyon dollar və ya 21,4%, həcminə görə isə 29 milyon kubmetr və ya 2,4% artıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–avqust aylarında Azərbaycandan Bolqarıstana 1,204 milyard kubmetr təbii qaz ixrac olunmuşdu, bu ixracın ümumi dəyəri 377,2 milyon ABŞ dolları idi.
Qeyd edək ki, cari ilin yanvar–avqust aylarında Azərbaycandan xaricə ümumilikdə 6 milyard ABŞ dolları dəyərində 16,5 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 541,2 milyon ABŞ dolları və ya 9,9%, həcm baxımından isə 625,9 milyon kubmetr və ya 3,9% çoxdur.
Eyni zamanda bu ilin ilk 8 ayında Azərbaycana 36,3 milyon ABŞ dolları dəyərində 233,3 milyon kubmetr təbii qaz idxal edilib. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 38,8 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm baxımından isə 234,4 milyon kubmetr və yaxud 2 dəfə azdır.
Bu ilin doqquz ayı ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi artıb