TÜRKPA Baş katibi Ramil Həsən Ankarada Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Türkiyə Böyük Millət Məclisinin üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlet Baxçalı ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Ramil Həsən vitse-prezidentə Parlament Assambleyasının fəaliyətinə dair məlumat verib və TÜRKPA-nın gündəliyində duran məsələlərlə bağlı fikirlərini bölüşüb.
Həmçinin parlament dialoqunun gücləndirilməsinə, qanunvericilik koordinasiyasının təşviqinə və türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsinə yönəlmiş hazırkı təşəbbüsləri və gələcək layihələri vurğulayıb.
Müzakirələr zamanı həmçinin qardaşlıq münasibətlərinin genişləndirilməsi və türk dünyasında daha güclü tərəfdaşlığın təşviqi məqsədilə gələcək təşəbbüslər müzakirə olunub.
Baş katib, həmçinin MHP sədri Dövlet Baxçalıya Parlament Assambleyasının fəaliyyəti, hazırki təşəbbüslər və üzv parlamentlər arasında daha sıx əməkdaşlığın təmin olunmasına yönəlmiş gələcək tədbirlər barədə məlumat verib.
Dövlet Baxçalı TÜRKPA-nın fəaliyyətinin və institusional potensialının daha da inkişaf etdirilməsinə tam dəstək nümayiş etdirib.
Görüş zamanı tərəflər dövlətlər arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi və TÜRKPA-nın türk dünyasında həmrəylik və ortaq dəyərlərin təşviqi platforması kimi rolunun artırılması məsələlərini müzakirə ediblər.
Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var - TƏHLİL
YAP-ın dövlətçilik missiyası: güclü iqtisadiyyat, həmrəy cəmiyyət, qüdrətli dövlət
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
YAP VIII Qurultayı: Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin yeni mərhələsi
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki... - AÇIQLAMA