Azərbaycanda korporativ istiqrazlara dövlət zəmanətinin verilməsi mexanizmi istifadəyə verilib.
“İki sahil” xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kredit Zəmanət Departamentinin direktoru Elşən Kərimov deyib.
"Fond tərəfindən qiymətli kağızlar bazarında apardığı təhlillər göstərib ki, bu sahədə olan əqdlərdə bir çox hallarda təminatla bağlı problem yaşadığı üçün sahibkarlıq subyektləri emissiya etdikləri istiqrazları yerləşdirə bilmir.
Bunun nəticəsində istiqrazlara təminatların verilməsi mexanizmi üzərində işlərə başladıq və bu qaydalar artıq təsdiq edilib. Artıq ilk sahibkarlıq subyekti ilə danışıqlar aparılır və zəmanətlə bağlı müvafiq bildiriş göndərilib, sahibkarlıq subyekti ilə zəmanət müqaviləsi bağlanıb", - E. Kərimov bildirib.
Onun sözlərinə görə, mexanizmin mahiyəti, bir növ əlavə borclanma üsulu olaraq formalaşdırılan məhsuldur: "Korporativ istiqrazlara zəmanət mexanizmi çərçivəsində Fondun təminatı 60 %-ə qədərdir, çünki, bankların emissiya etdiyi istiqrazlarından fərqli olaraq daha riskli hesab olunur".
Bu ilin yanvar-iyul aylarında korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 13,3 % artaraq 1 milyard 421,876 milyon manat təşkil edib.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib