Azərbaycan son illərdə startap və innovasiya ekosisteminin inkişafına xüsusi önəm verir.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısı çərçivəsində işçi qrupun iclasında deyib.
Onun sözlərinə görə, bu sahəni iqtisadi diversifikasiyanın, rəqabət qabiliyyətinin və yeni nəsil sahibkarlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirir.
O bildirib ki, startapların təşəbbüskarlığı, çevikliyi və innovativ düşüncəsi ölkəmizdə yeni iqtisadi dəyərlərin formalaşmasına, qeyri-neft sektorunun genişlənməsinə və rəqabətli texnologiya mühitinin yaranmasına mühüm töhfə verir: "Azərbaycanda bu istiqamətdə həyata keçirilən təşəbbüslərdən biri Sabah.hub innovasiya mərkəzidir. Sabah.hub gənc mütəxəssisləri, startapları və investorları bir araya gətirərək ideyadan kommersiyalaşmaya qədər olan prosesdə dəstək göstərir".
M. Cabbarov qeyd edib ki, mərkəzin nəzdində yaradılmış "Sabah" Venture Fondu isə yerli innovasiya layihələrinə sərmayə yatırmaqla, yeni nəsil texnoloji şirkətlərin formalaşmasına təkan verir: "Bu, Azərbaycanın innovasiyanı iqtisadi siyasətin əsas tərkib hissəsinə çevirdiyini bir daha göstərir".
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib