23 oktyabr 2025 14:20
131

Azərbaycanda gələn il sosialyönümlü büdcə xərcləri 17 milyard manatdan çox ola bilər

2026-cı idə Azərbaycanda sosialyönlü xərclər (büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər və digər sosial dəstək tədbirləri) dövlət büdcəsi xərclərinin 41,1 %-i qədər və yaxud 17 milyard 145,5 milyon manat məbləğində proqnozlaşdırılır.

“İki sahil” xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu, 2025-ci illə müqayisədə 1,3 % çoxdur.