Bu ilin oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 70 milyard 160,3 milyon ABŞ dolları təşkil edib.
Bu barədə "İki sahil" Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin oktyabrın 1-i ilə müqayisədə 8 milyard 969,5 milyon ABŞ dolları və ya 14,7 % çoxdur.
Məlumata görə, hazırda ARDNF-nin investisiyalarının 67,8 %-i (47 milyard 589 milyon) ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 0,8 faiz bəndi çoxdur. İnvestisiya portfelində avronun payı 20,3 %-dən 20 %-ə (11 milyard 987,8 milyon) enib. Hesabat dövründə investisiya portfelində ingilis funt sterlinqinin payı 0,2 faiz bəndi azalaraq 4,9 % (2 milyard 554,7 milyon) təşkil edib. Bu ilin yanvar-sentyabr aylarında Fondun investisiya portfelində Çin yuanınln payı 0,3 faiz bəndi azalaraq 2,3 % (11 milyard 379,6 milyon) təşkil edib. Yapon yeninin payı dəyişməyərək 1,4 % (140 milyon 351,9 min) təşkil edib.
Eyni zamanda, Neft Fondunun investisiya portfelində digər xarici valyutaların payı dəyişməyərək 3,6 % (2 milyard 533,9 milyon dollar ekvivalentində) təşkil edib.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib