23 oktyabr 2025 10:10
122

Yuxarı Qarabağ suvarma kanalında 1 nəfər batıb

Yuxarı Qarabağ suvarma kanalının Mingəçevir şəhərindən keçən hissəsində 1 nəfər batıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.