22 oktyabr 2025 18:53
132

Bakı metrosunda ölüm hadisəsi baş verib

Bu gün saat 18:30 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 60-65 yaşlarında kişi sərnişin vəfat edib.

“İki sahil” bu barədə QSC-yə istinadla xəbər verir.

Məlumata görə, sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, ilkin yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.