Azərbaycan avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmanın müsbət nəticələrini görməkdədir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsaxkna ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, bunlardan biri sentyabrın 1-də Minsk prosesinin ləğv olunmasına başlanılmasıdır:
"Biz bilirik ki, ABŞ və Ermənistan arasında TRİPP layihəsinin reallaşdırılması üzrə danışıqlar davam edir. Müsbət elementlər ondan ibarətdir ki, Azərbaycan yüklərin ərazisi üzərindən Ermənistana çatdırılmasına imkan verdi. Burada söhbət taxıl daşınmasından gedir. Taxıl Qazaxıstandan Ermənistana Azərbaycan üzərindən keçəcək".
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub