Gürcüstanın paytaxtında V Tbilisi İpək Yolu Forumu işə başlayır.
“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov da iştirak edir.
Bildirilib ki, oktyabrın 22-si səhər saatlarında Tbilisi Opera və Balet Teatrında ailə fotosu çəkiləcək, daha sonra tədbirin açılış mərasimi baş tutacaq. Açılış sessiyası saat 10:00-da başlayacaq və 11:00-dək davam edəcək.
Forumda regional əməkdaşlıq, Orta Dəhliz boyunca nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, ticarət və iqtisadi əlaqələrin gücləndirilməsi kimi məsələlər müzakirə ediləcək.
Səfər proqramına əsasən, forumun açılış mərasimindən sonra Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüş keçirəcək. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunacağı gözlənilir.
Görüşdən sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Baş nazirinin şərəfinə rəsmi nahar verəcək.
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub