22 oktyabr 2025 08:34
111

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

3. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

7. Babək prospekti, mərkəz istiqamətində;

8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.