21 oktyabr 2025 16:49
122

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakının Sabunçu rayonunda oktyabrın 21-də 1980-ci il təvəllüdlü Emil Əliyevi öldürməkdə şübhəli bilinən şəxs tutulub.

“İki sahil” xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarətlər yetirərək Emil Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.