Başqırdıstanın Sterlitamak şəhərindəki “Avanqard” müəssisəsində baş verən partlayış nəticəsində 3 nəfər həlak olub, 9 nəfər yaralanıb.
“İki sahil” regional hakimiyyət orqanlarına istinadla xəbər verir ki, Başqırdıstanın Baş naziri Andrey Nazarov partlayış nəticəsində daha 5 nəfərin isə xəstəxanaya yerləşdirildiyini bildirib.
O, binanın bir hissəsinin zədələndiyini, lakin artıq uçmaq təhlükəsinin olmadığını, müəssisənin normal rejimdə fəaliyyətini davam etdirəcəyini qeyd edib. Hadisənin səbəbləri araşdırılır.
Regionun başçısı Radiy Xabirov həlak olanların hamısının qadın olduğunu dəqiqləşdirib. O, zavoddakı fövqəladə vəziyyətin səbəbinin dron hücumu olması ilə bağlı fərziyyələri rədd edib.
Tramp amerikalılara gömrük rüsumlarından 2 min dollar dividend ödəniləcəyini bildirib
BBC-nin baş direktoru Trampın çıxışının saxtalaşdırılması ilə bağlı xəbərlərdən sonra istefa verib
Ukraynanın Dnepropetrovsk və Zaporojye bölgələrindən əhali məcburi təxliyə edilir