14 oktyabr 2025 13:10
129

Qarabağın bərpası üzrə II Dövlət Proqramının hazırlanmasına başlanılıb

Qarabağın bərpası üzrə II Dövlət Proqramının hazırlanması istiqamətində artıq işçi qruplar fəaliyyətə başlayıb.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov "BakuBuild" – 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi və "Rebuild Karabakh – 2025" – 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində deyib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər I Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan vəzifələrin uğurla icrası nəzərdə tutulur: "Ardınca isə 2027-ci ildən etibarən növbəti mərhələni əhatə edən yeni proqramın tətbiqinə başlanacaq. Biz əminik ki, 2026-cı ilin sonuna qədər I Dövlət Proqramının bütün hədəfləri uğurla yekunlaşdırılacaq və 2027-ci ilə artıq yeni sənədlə növbəti Dövlət Proqramı ilə qədəm qoyacağıq. Qarşıdakı proqramın da öhdəsindən uğurla gələcəyimizə inamımız tamdır".