Madaqaskar prezidenti Andri Rajoelina Fransanın dəstəyi ilə ölkədən qaçıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fransanın RFI radiostansiyası məlumat yayıb.
Mənbənin məlumatına görə, əməliyyat Fransa prezidenti Emmanuel Makronla razılaşdırılaraq həyata keçirilib.
"Madaqaskarın prezidenti Andri Rajoelina hökuməti etirazlar və hərbi qiyam fonunda devrilmək təhlükəsi ilə üzləşdiyi üçün Fransa hərbi təyyarəsi ilə ölkədən təxliyə edilib", - RFI mənbələrə istinadən xəbər verir.
"Agency France Presse" daha əvvəl bildirmişdi ki, Madaqaskarda etirazlar və qeyri-sabitlik fonunda "Air France" Madaqaskarın paytaxtı Antananarivuya uçuşları dayandırıb.