Yer kürəsində alimlərin proqnozlaşdırdığı zəif maqnit qasırğası başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Məlumata görə, hazırda Yerin maqnit sahəsinə kənar təsir beş səviyyəli ölçü şkalası üzrə G1 səviyyəsindədir (burada G5 son dərəcə güclü, G1 isə zəif deməkdir - red.).
Xatırladaq ki, bir müddət öncə Günəşdən ayrılan plazma axını Yerə çatıb və məhz bu amil maqnit qasırğasına səbəb olub.