12 oktyabr 2025 23:23
116

Filippin sahillərində 5,7 maqnitudada zəlzələ olub

Filippin sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Ormok şəhərindən 63 km cənub-qərbdə, zəlzələ ocağı 35 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.