12 oktyabr 2025 21:30
106

Bakı-Şamaxı yolunda "VAZ"la "Mercedes" toqquşub

Bakı-Şamaxı yolunun 85-ci km-də 90-KC-387 dövlət qeydiyyat nişanlı "VAZ" və 90-EE-321 dövlət qeydiyyat nışanlı "Mercedes" markalı avtomobillər toqquşub.

DİN-in Mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, yol nəqliyyat hadisəsində "VAZ" markalı avtomobilin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

DİN bir daha sürücülərdən yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb, magistral yollarda qaydalara biganə yanaşmağın sonda ağır yol nəqliyyat hadisələrinə gətirib çıxardacağını xatırladıb.