12 oktyabr 2025 20:52
133

İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb

İsrailin Müdafiə Ordusu 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı 915 əsgərini itirib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail hökumətinin nümayəndəsi Şoş Bedrosyan brifinq zamanı bildirib.

"Qəzza zolağında döyüşlərdə İsrail Ordusunun 915 əsgəri həyatını qurban verib", - o deyib.