"Rusiya ilə Azərbaycan arasında təmaslar tam kəsilməyib, Prezident administrasiyaları və köməkçiləri də daxil olmaqla, davam etdirilib".
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rusiyalı jurnalist Pavel Zarubinə bildirib.
"Rossiya-1" telekanalının "Moskva. Kreml. Putin" proqramında çıxış edən Peskov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər tarixində hazırda ən yaxşı məqam olmamasına baxmayaraq, ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın həcmi artmaqda davam edir.