Türkiyə Suriya ilə bütün sahələrdə və səviyyələrdə geniş əməkdaşlığı davam etdirir.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fİdan "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
Suriyanın əldə etdiyi nailiyyətlərin qorunması və daha da irəli aparılması üçün sıx koordinasiya və əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edən H.Fidan Suriya nümayəndə heyəti ilə Ankarada baş tutan görüşün iki ölkə arasında münasibətlərin strateji aspektlərini hərtərəfli şəkildə müzakirə etməyə imkan yaratdığını vurğulayıb.
"Suriyanın ərazi bütövlüyünün qorunması və tam təhlükəsizliyinin təmin edilməsi üçün atıla biləcək birgə addımları nəzərdən keçirdik. Konkret planlarımızı geniş və detallı şəkildə qiymətləndirdik", - XİN rəhbəri qeyd edib.
Xatırladaq ki, oktyabrın 12-də Türkiyə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın Suriya nümayəndə heyəti - xarici işlər naziri Əsəd Həsən Şeybani, müdafiə naziri Mürhəf əbu Qəsrə və kəşfiyyat idarəsinin rəhəri Əl Sələmə ilə görüşüb.