12 oktyabr 2025 17:49
180

Sabah Azərbaycanın rayonlarında hava qeyri-sabit keçəcək -  XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında oktyabrın 13-də bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

İki sahil” xəbər verir ki, milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.