12 oktyabr 2025 13:42
122

Tatarıstanda qayığın qəzaya uğraması nəticəsində iki nəfər ölüb

Tatarıstanda Kama çayında batmış motorlu qayığın göyərtəsində olan iki nəfərin cəsədi tapılıb, daha bir nəfərin axtarışları davam edir.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya FHN-nin Tatarıstan üzrə Baş İdarəsi "Telegram" kanalında məlumat yayıb.

"Axtarışlar zamanı Çistopol şəhəri yaxınlığındakı adanın sahilindən bir metr aralıda 52 yaşlı kişi və 38 yaşlı qadının cəsədləri sudan çıxarılıb. Həlak olanların üzərində xilasedici jilet olmayıb", – deyə məlumatda bildirilib.

45 yaşlı kişinin axtarışları isə davam edir.

Qeyd edək ki, daha əvvəl idarə məlumat yaymışdı ki, 11 oktyabrda Çistopol yaxınlığında Kama çayında beş nəfərin olduğu motorlu qayıq batıb. İki qadın yaxınlıqdakı adaya üzərək xilas ola bilib. Qayıqdakı üç sərnişinin axtarışlarına başlanıb.