12 oktyabr 2025 10:22
109

Ərdoğan "Sülh Sammiti"ndə iştirak üçün Misirə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza ilə bağlı keçiriləcək "Sülh Sammiti"ndə iştirak üçün oktyabrın 13-də Misirə səfər edəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə "Haber Global" məlumat yayıb.

Səfərin detalları barədə məlumat paylaşılmayıb.

Qeyd edək ki, oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəslə bağlı "Sülh Sammiti" keçiriləcək.