Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs sazişinin imzalanması mərasiminə qatılmaqdan imtina edib.
“İki sahil” "Le Figaro" nəşrinə istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın siyasi bürosunun üzvü Hussam Badran məlumat verib.
Badran qeyd edib ki, HƏMAS sülh danışıqlarında Qətər, Misir və Türkiyədəki vasitəçilərə arxalanacaq.
Oktyabrın 13-ü bazar ertəsi Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəslə bağlı "sülh sammiti" keçiriləcək.