12 oktyabr 2025 02:02
137

Azərbaycan “Sülh Sammiti”nə dəvət olunub

Azərbaycan Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək “Sülh Sammiti”nə dəvət olunub.

“İki sahil” xəbər verir ki, bu barədə “Axios” nəşrinin müxbiri Barak Ravid “X” sosial şəbəkəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, ölkələrə rəsmi dəvət ABŞ Dövlət Departamenti tərəfindən göndərilib.

“ABŞ Dövlət Departamenti bu gün bazar ertəsi Şarm əl-Şeyxdə keçiriləcək Qəzza Liderlərinin Sammitinə rəsmi dəvət göndərib. ABŞ İspaniya, Yaponiya, Azərbaycan, Ermənistan, Macarıstan, Hindistan, Salvador, Kipr, Yunanıstan, Bəhreyn, Küveyt və Kanadanı əlavə edərək dəvət olunanların siyahısını xeyli genişləndirib”, – deyə jurnalist bildirib.