Amerikalı aktrisa Dayan Keaton 79 yaşında Kaliforniyada vəfat edib.
“İki sahil” xəbər verir ki, aktrisanın ölüm xəbərini "People" jurnalı yayıb.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Kiton 1946-cı ildə Los-Ancelesdə anadan olub. Aktrisa kinoda debütünü "Aşiqlər və başqa qəriblər" (1970) komediyasında edib.
O, Frensis Ford Koppolanın "Xaç atası" (1972) (Mayklın (Al Paçino) həyat yoldaşı Key Adams (Dayan Kiton) filmində və Vudi Allenin "Sevgi və Ölüm" (1975) və "Anni Holl" (1977) filmlərindəki işinə görə şöhrət qazanıb.
Kiton "Oskar", "Qızıl Qlobus" və "BAFTA" mükafatlarına layiq görülüb.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib